Dünyanın ən böyük yaşıl enerji və alkoqolsuz

içki istehsalçısı olmağı hədəfləyirik!

Qutularımız əbədi

bir ömrə sahibdir

Alüminium içki qutularımız limitsiz sayda, dəfələrlə təkrar emal olunur.

Alüminium aşağı karbon səviyyəli sirkulyar iqtisadiyyatın əsas elementidir. Nəticədə, mayeni işıqdan, oksigendən, kirdən, patogenlərdən qoruyan yüngül, davamlı və çevik bir material olmaqla birlikdə, həm də sonsuz sayda və 100% təkrar emal edilə bilən bir maddədir. Məhz bu səbəbdən indiyədək istehsal olunan bütün alüminiumun 75%-i bugün hələ də istifadə olunmaqdadır. Bizim qutularımız müstəqil bir üçüncü tərəf tərəfindən təsdiqlənmiş ən azı 75%-i təkrar emal edilmiş alüminiumdan hazırlanmışdır və bu təkrar emal prosesində enerjiyə 95% qənaət edirik. “HELL”də son 5 ildə plastik butulka qablaşdırma faizimizi 5%-in altına endirdik və 2025-ci ilə qədər bu göstəricini 1%-dən aşağı endirməyi hədəflədik. Alüminium qutunuzu təkrar emal qutusuna qoyun ki, 60 gün sonra yeni bir həyatı olsun!

Aşağı karbon izinə

sahib yaşıl alüminium

Bütün içki qablarımızı təkrar emal olunmuş alüminiumda istehsal etmək üçün dünyada Hydro CIRCAL alüminiumdan istifadə edən ilk şirkətik, XIXO qazlı sərinləşdirici içkilərimiz plastik butulkalar əvəzinə artıq sözügedən qutularda qablaşdırılır.

Məsuliyyətli satınalma səylərimizin bir nəticəsi olaraq, bütün qablaşdırma qutusu portfelimiz üçün minimum 75%-i istehlakdan sonra təkrar emal edilmiş alüminium qırıntılarından ibarət olan Hydro CIRCAL təkrar emal alüminiumundan istifadə edirik. Sertifikatlaşdırma zəmanət verir ki, istifadə olunan və təkrar emal edilmiş qutular ən az bir dəfə istehlak məhsulu olmuşdur. Təkrar emal edilmiş material nə qədər çox olsa, ətraf mühit üçün bir o qədər yaxşı olar. Qalan 25%-ə əsasən təkrar emal edilmiş istehlak və sənaye tullantıları və az miqdarda bərpa olunan enerji ilə istehsal olunmuş ilkin metal daxildir. Nəticədə, istifadə etdiyimiz alüminium, dünya miqyasında olduqca aşağı karbon izinə sahibdir və bu baxımdan bütün sektor üçün bir nümunədir.

Heç bir şey boşa getmir!

Məqsədimiz enerji tələbatımızı minimuma

endirərək eko-səmərəliliyi təmin etməkdir.

2015-ci ildə içkilərin qablaşdırması üçün alüminiumdan istifadəni artırma öhdəliyi götürdük. O vaxtdan bəri portfelimizdəki plastik butulkaların payını 60% azaltdıq. 2020-ci ildə qürur duyduğumuz və qorumağa çalışdığımız ‘Enerjini Səmərəli İstifadə Edən Şirkət’ mükafatına layiq görüldük. Növbəti addım olaraq, qutularımız 2021-ci ildən etibarən ən azı 75% təkrar emal edilmiş tərkibə sahibdir. Üstəlik məhsul qablaşdırması üçün istifadə etdiyimiz həm folqa, həm də kağız qablar bir hissəsi təkrar emal olunmuş və 100% təkrar emal edilə bilən materialdan hazırlanmışdır. Bu vaxt istehsalat tullantılarımız tamamilə təkrar emal edildiyi üçün bizim üçün ikinci dərəcəli material rolunu oynayır, bu səbəbdən burada istehsal zamanı heç bir tullantı əmələ gəlmir. Davamlılıq strategiyamızın son mərhələsi olaraq, bütün istehsal prosesimiz üçün 100% bərpa olunan enerjidən istifadə edirik.

Sonsuz təkrar emala salam olsun!

Sizi gələcəyə aparacağıq!

Biz qoşulmaq istəyirsinizmi?

Sizin üçün kiçik bir enerji, dünya üçün çox böyük bir enerji! Ekoloji cəhətdən təmiz seçimi edin və hər zaman təkrar emala yönəlin!

Təkrar emal olunmuş alüminium qablaşdırmanı seçsəniz, içkinizin orijinal ləzzətindən zövq almaqla yanaşı, planetimizə də fayda vermiş olacaqsınız. Nəticə etibarilə, təkrar emal etdiyiniz alüminium qutular, 60 gün ərzində yeni bir içki qutusuna çevrilmək üçün 100% təkrar emal oluna bilər. Qutunu həmişə lazımi yerə atsanız, təkrar-təkrar emal edilə bilər, yəni nəvələriniz belə bu qutuları istifadə edə biləcəkdir. İnanmaq çətin gəlir, helə deyilmi? Bu şəkildə gələcəkdən bir şeylər almaq yerinə ona bir şeylər qatmış olacaqsınız, bu da planetimiz üçün saysız xoşbəxt günlər deməkdir!

Lazımi bütün məlumatları bir mənbədən öyrənin!

Bu mövzu çox uzun ama eyni zamanda çox vacib bir mövzudur. Tam hesabatı yükləyin və davamlı fəaliyyətlərimiz haqqında ətraflı məlumat əldə edin! Hər addımımızı sizin üçün və planetdəki gələcəyimiz üçün böyük bir məsuliyyətlə atırıq. Bu yanaşma, bizim gələcək nəsillərə qoyduğumuz mirasımızdır

“HELL”də mümkün qədər davamlı məhsullar istehsal etmək üçün hər gün yorulmadan çalışırıq! Səylərimizə qoşulun və mümkündürsə, yüksək dərəcədə təkrar emal edilmiş alüminium qutularımızı seçin və xahiş edirik, planetimiz və gələcəyimiz üçün siz də təkrar emal edin! Daha yaxşı bir gələcək üçün edəbiləcəyiniz kiçik, gündəlik seçimlərin sayını ağlınıza belə gətirə bilməzsiniz.